“Lion” baş məşqçisi ilə vidalaşdı
Fransanın “Lion” klubunda baş məşqçi Rudi Qarsiya ilə yollar ayrılıb.
Komanda.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib. Qarsiya bu barədə özünün “tvitter” hesabında məlumat yayıb. O, rəhbərliklə qarşılıqlı razılaşaraq, müqaviləsinin yenilənməməsinə qərar verdiklərini və “Lion”u tərk etdiyini bildirib.
“Lion” Liqa 1-də mövsümü 4-cü sırada bitirib.
Qarsiya 2019-cu ilin oktyabrından “Lion”u çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin