“Lion”dan 20 milyon avroluq transfer
Fransanın “Lion” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Paranaense”dən Bruno Qimaraynsı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Lion” Bruno üçün Braziliya klubuna 20 milyon avro ödəyəcək.
Yarımmüdafiəçi yeni komandasında 39 nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin