“Lion” Depayı saxlamaq istəyir, ancaq…
Fransanın “Lion” klubu futbolçusu Memfis Depayın müqaviləsinin müddətini artırmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin prezidenti Jan-Mişel Olas yerli mətbuata açıqlamasında deyib:
“Depayla danışıqlarımız davam edir. Gündəlik olmasa da, mütəmadi olaraq danışırıq. Ona çoxlu təkliflər etdik, amma qəbul etmədi. Depayla hələ razılığa gələ bilməmişik. Onunla yeni müqavilə imzalamaq üçün əlimizdən gələni edəcəyik”.
Depayın “Lion”la müqaviləsi 2021-ci ilin yayına qədərdir. 26 yaşlı hücumçu ilə Avropanın bir sıra nəhəng klubları maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin