
“Lion” baş məşqçisiylə yollarını ayırdı
Fransanın “Lion” klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Silvinyonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Silvinyonun vəzifəsinin icrası müvəqqəti olaraq Cerald Batiklə tapşırılıb.
“Lion” Liqa 1-də 9 xalla 14-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin