Burak Yılmaz İspaniyaya aparılmadı

Fransanın “Lill” komandası Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Sevilya”nın qonağı olacaq.

Komanda.az xəbər verir ki, Fransa təmsilçisinin hücumçusu Burak Yılmaz sözügedən matçı buraxacaq. Bu barədə “Lill”in baş məşqçisi Joslen Qruvennek yerli mətbuata açıqlamasında deyib.

Türkiyəli futbolçu xəstələnib və bu səbəbdən komandayla İspaniya səfərinə yollanmayıb.

“Lill” Çempionlar Liqasının G qrupunda 2 xalla 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button