Türkiyə millisinin üzvü Moskva klubunda – rəsmi
Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Moskva ÇSKA-sı ilə razılaşıb. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Yusuf mövsümün sonuna qədər ÇSKA-da icarədə çıxış edəcək. Moskva klubu yayda 12 milyon avro ödəməklə, 24 yaşlı futbolçunun transfer hüquqlarına sahib ola bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin