Liqa 1-in bombardiri “İnter”in hədəfində
Fransanın “Lill” klubunun futbolçusu Conatan Devid karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu ilə “İnter” klubu yaxından maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
“İnter” kanadalı hücumçunu heyətinə qatmaq üçün qışda “Lill”lə danışıqlara başlayacaq.
Devid hazırda Fransa Liqa 1-də 10 qolla bombardirdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin