“Lill”dən İtaliya klubuna
Fransanın “Lill” klubunun futbolçusu Adama Sumaoro karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Bolonya” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sumaoro mövsümün sonuna qədər icarə əsasında İtaliya klubunda çıxış edəcək.
“Bolonya” yayda müdafiəçinin transfer hüquqlarını ala bilər.
Sumaoro bu mövsüm “Lill”lə 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin