Burak Yılmaz ABŞ klublarının hədəfində
Fransanın “Lill” klubunda çıxış edən Burak Yılmaz karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 35 yaşlı hücumçu ilə “İnter Mayami”, “Nyu York Siti” və “Los Anceles Qalaksi” klublarının maraqlandığı bildirilib. MLS təmsilçiləri Burak üçün yayda “Lill”lə danışıqlar aparacaq.
Burakın “Lill”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Hücumçu bu mövsüm Liqa 1-də 24 oyunda 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin