Fransa çempionundan Ranyeriyə təklif
Fransanın “Lill” klubunda baş məşqçi postuna namizədlərdən biri bəlli olub.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin rəhbərliyi Kristof Qaltedən boşalan vəzifəyə Klaudio Ranyerini gətirmək niyyətindədir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Lill” nümayəndələri hazırda işsiz olan Ranyeriyə rəsmi təklif göndərib.
Son klubu “Sampdoriya” olan 69 yaşlı mütəxəssis daha əvvəl “Valensiya”, “Lester”, “Yuventus”, “Çelsi”, “İnter”, “Atletiko”, “Roma” və “Monako” kimi komandalarda çalışıb.
“Lill” Fransada 2020/21 mövsümünün qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin