“Lill”də baş məşqçi ayrılığı – rəsmi
Fransanın “Lill” klubunda baş məşqçi ayrılığı gerçəkləşib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin çalışdırıcısı Kristof Qalte vəzifəsindən ayrıldığını açıqlayıb. “Lequipe” nəşrinə danışan Qalte, “Lill”dən ayrılmağa qərar verdiyini və bu haqda klub prezidenti ilə danışdığını deyib.
Qalte 2017-ci ilin dekabrından “Lill”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda Liqa 1-də 2020/21 mövsümünün qalibi olub. Onun klubla müqaviləsi iyunun sonuna qədər idi.
“Lill” Qaltenin ayrılığı ilə bağlı rəsmi açıqlama verməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin