Fransanın idman naziri türklərdən şikayətçidir
Fransanın idman naziri Roksana Marasinyanyu Türkiyə millisinin cəzalandırılmasını istəyir.
Komanda.az xəbər verir ki, bu barədə Roksana şəxsi “tvitter” hesabında paylaşım edib. O, Türkiyə millisinin futbolçularının Fransa yığmasına vurulan qoldan sonra əsgər salamı verdiyi üçün cəzalandırılmasını tələb edib:
“Fransa Futbol Federasiyasına və polisə oyun zamanı təhlükəsizliyi təmin etdiyi üçün təşəkkür edirəm. Türk futbolçular bu səyləri korladılar. Onların əsgər salamı idmanın ruhuna ziddir. Mən UEFA-dan sanksiyalar tətbiq etməyi tələb edirəm”.
Albaniya ilə görüşdə də Türkiyə millisinin futbolçularının əsgər salamı verdikləri üçün yığmanın cəzalandırılacağı iddia olunurdu.
Türkiyə millisi Fransa ilə qollu bərabərə qalıb – 1:1.
Bizi Facebook-da izləyin