
Türkiyə millisinin üzvü Fransa klubunda – Rəsmi
Fransanın “Havr” klubu heyətini daha bir türkiyəli futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, 2-ci liqa təmsilçisi Türkiyənin “Bursaspor” klubunun müdafiəçisi Ərtoğrul Ərsoyu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Fransa klubu bu transferə görə Bursa təmsilçisinə 750 min avro ödəyib. Ərtoğrul Türkiyə millisinin də üzvüdür.
“Havr” bir müddət əvvəl “Bursaspor”dan Umut Meraşla da 4 illik müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin