Mövsüm yekunlaşdırıldı, karyerasını bitirdiyini açıqladı

Fransanın “Dijon” klubunda çıxış edən Floren Balmont karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb.

Balmont, Liqa 1-də mövsümün dayandırılmasından sonra karyerasını bitirdiyini açıqlayıb. Fransız yarımmüdafiəçi daha əvvəl mövsümün sonunda karyerasını bitirə biləcəyini demişdi.

“Lion”un yetirməsi olan Balmont, karyerası ərzində “Tuluza”, “Nitsa”, “Lill” və “Dijon”da çıxış edib.

Liqa 1 koronavirus pandemiyasına görə dayandırılıb və PSJ klubu çempion elan olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button