Seneqal millisinin üzvü Fransada klubunu dəyişdi
Fransanın “Dijon” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Amyen”dən Mussa Konateni heyətinə qatıb. Bu barədə “Dijon”un mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Makkabi” (Təl-Əviv, İsrail), “Krasnodar” (Rusiya), “Cenoa” (İtaliya) kimi klublarda forma geyinən Konate son olaraq Fransada “Amyen”də çıxış edib.
27 yaşlı hücumçu Seneqal millisində 32 oyunda 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin