Fransız futbolçunu döyüb, avtomobilini yandırdılar
Fransanın “Brest” klubunun futbolçusu Ronael Pyer-Qabriel hücuma məruz qalıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ronaelə hücum edən şəxslər onu yaralayıb və avtomobilini də yandırıb. 22 yaşlı futbolçunun avtomobili yararsız hala düşüb. Məsələ ilə bağlı araşdırma aparılır.
Müqavilə ilə Almaniyanın “Maynts” klubuna məxsus olan Ronael, bir müddət əvvəl “Brest”ə icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin