Fransa klubu müflis olmaq təhlükəsiylə üz-üzə
Fransanın “Bordo” klubu müflis ola bilər.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sahibi “King Street” şirkəti klubu maliyyələşdirmək istəmədiyini açıqlayıb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “King Street” şirkəti artıq klubu dəstəkləmək və maliyyə ehtiyaclarını qarşılamaq istəmir.
“Bordo” koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkilərinə məruz qalıb və klub müflis olmaq təhlükəsi ilə üz-üzədir.
“Bordo” Liqa 1-də 16-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin