34 yaşlı hücumçuya sevgi

Fransanın “Bordo” klubu futbolçusu Jimmi Brianla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi 34 yaşlı hücumçuyla müddəti 2022-ci ilin yayına qədər olan müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl “Renn”, “Lion”, “Hannover” və “Genqam”ın formasını geyinən Brian, 2018-ci ilin yayından “Bordo”dadır. Hücumçu 5 dəfə də Fransa milli komandasının şərəfini qoruyub. O, 2012-ci ildən yığmaya çağırılmır.

Bu mövsüm Liqa 1-də 20 oyunda iştirak edən Brian, 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button