Nuri PSJ ilə “Yuventus”un “radar”ında

Fransanın “Anje” klubunun futbolçusu Rayan Ayt Nuri Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə PSJ və “Yuventus” yaxından maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Müdafiənin sol cinahında çıxış edən Nuri, bu mövsüm Liqa 1-də 8 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ və “Yuventus”un qış transfer pəncərəsi dövründə “Anje” ilə rəsmi danışıqlara başlayacağı bildirilir. Nurinin transfer qiyməti 15-20 milyon avro dəyərində müəyyən edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button