Fransa klubunda yeni baş məşqçi

Fransanın “Anje” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Cerald Batikla tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Batikl bundan əvvəl “Lion”da məşqçi kimi çalışırdı. Fransız mütəxəssis “Anje”də baş məşqçi postunda Stefan Mulini əvəzləyib.

“Anje” Liqa 1-də mövsümü 13-cü sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button