Fransa klubunda yeni müqavilə

Fransanın “Anje” klubu baş məşqçisi Stefan Moulinin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi 51 yaşlı mütəxəssislə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Moulin 2011-ci ildən “Anje”yə rəhbərlik edir. Onun çalışdırdığı komanda Liqa 1-də 37 turdan sonra 45 xalla 13-cü sırada yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button