“Fiorentina”nın Riberidən istəyi
Fransalı yarımmüdafiəçi Frank Riberi daha bir il “Fiorentina”da qalmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində məlumat yayıb. Riberi “Fiorentina” ilə müqaviləsinin 2022-ci ilin yayına qədər uzadılması ilə bağlı danışıq aparır.
İtaliya A Seriyası klubunun rəhbərliyi 38 yaşlı yarımmüdafiəçinin yeni sözləşmə üçün məvacibinin azaldılmasına razı olmasını istəyir. Belə ki, rəhbərlik illik 4 milyon avro qazanan Riberinin məvacibini 2 milyon avroya endirmək niyyətindədir.
Riberi 2019-cu ildən “Fiorentina”da çıxış edir. Onun klubla indiki müqaviləsi iyunun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin