Koman Premyer Liqa klubunun hədəfindədir

“Bayern”in cinah oyunçusu Kinqsli Komanın İngiltərə çempionatında oynamaq imkanı var.

Komanda.az “iMiaSanMia”-ya istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçunun xidmətində maraqlıdır. Mersisayd klubunun rəhbərliyi Komanın namizədliyini hücum xəttinin gücləndirilməsi kimi dəyərləndirir.

Koman ötən mövsüm Bundesliqada 17 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2017-ci ilin yayından “Bayern”in futbolçusudur. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button