Zidan “Real”dan ayrılmasının səbəbini açıqladı

Fransalı mütəxəssis Zinəddin Zidan “Real”ın baş məşqçi postundan ayrılmasının səbəbini açıqlayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Zidan, “Real” azarkeşlərinə ünvanladığı açıq məktubda rəhbərliyin ona inanmadığını bildirib:

“Klub artıq mənə lazım olan inamı vermirdi. Orta və ya uzun müddətli bir plan qurmaq üçün məni dəstəkləmədiklərini hiss etdim və ayrıldım”.

Zidan mayın 27-də Madrid klubu ilə yollarını ayırıb.

“Real” La Liqada mövsümü 2-ci sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button