Fransalı müdafiəçi “Bayern”in hədəfində

“Bayern” “Leyptsiq”in müdafiəçisi Kastello Lukebanı transfer etmək istəyir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubu 20 yaşlı futbolçu üçün hərəkətə keçib.

Lukeba bu yay 30 milyon avroya “Lion”dan “Leyptsiq”ə keçib. Fransanın U-21 yığmasının üzvü əsas milliyə də cəlb edilir.

Onun “Leyptsiq”lə müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button