
Fransalı futbolçunun yeni klubu rəsmən bəlli oldu
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyonun yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Marsel “Olimpik”i klubu ilə anlaşıb.
Tərəflər 2 illik müqaviləyə imza atıblar. Rabyo Liqa 1 təmsilçisində 25 nömrəli formanı geyinəcək.
Rabyo ötən mövsüm A Seriyasında “Yuventus”un heyətində 31 oyun keçirib, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin