Fransalı futbolçunun anası “Barselona”ya müraciət edib

Fransalı yarımmüdafiəçi Adrien Rabio “Yuventus”dan ayrılacaq, amma sual onun hara getməyi planlaşdırmasıdır.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, futbolçunun həm də agenti olan anası “Barselona”ya müraciət edib. O, oğlunu Kataloniya klubunun formasında görmək istəyir.

Maliyyə tələbləri də məlumdur. Rabio İspaniya klubundan illik 8 milyon avro tələb edir.

29 yaşlı futbolçunun adı əvvəllər “Real”la yanaşı hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button