Fransalı futbolçu “Şamaxı”da – Rəsmi

“Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komanda.az xəbər verir ki, bölgə klubu növbəti legioner transferini həyata keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrail “Hapoel”i (Afula) olub.

28 yaşlı futbolçu “Nior”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button