Fransalı futbolçu “Real”ı arzulayır

Daha bir istedadlı futbolçu “Real”ın sıralarına qoşula bilər.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, transfer bazarında tələbat olan “Lill”in müdafiəçisi Leni Yoro karyerasını “kral klubu”nda davam etdirməyə üstünlük verir.

18 yaşlı futbolçu bu yay komandasını dəyişmək istəyir. Onun “Lill”lə müqaviləsi 2025-ci ilin sonunda başa çatır. Fransa klubu Yoronun dəyərini 40 milyon avro qiymətləndirir.

Yoro ötən mövsüm 44 matçda iştirak edib, 3 qol vurub. “Lill” son Fransa çempionatında Liqa 1 cədvəlində 4-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button