“Real”la PSJ-nin hədəfindədir – Fransalı futbolçu

“Real” və PSJ yay transfer bazarında üz-üzə gələ bilər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, hər iki klub “Arsenal”ın və Fransa millisinin müdafiəçisi Vilyam Saliba ilə maraqlanır.

“Real” Naçodan sonra və David Alabanın mümkün gedişini nəzərə alaraq müdafiənin mərkəzinə keyfiyyətli oyunçu almaq istəyir. PSJ də növbəti mövsümün startına qədər bu mövqeyini gücləndirmək niyyətindədir.

23 yaşlı futbolçu “Arsenal”ın heyətində 83 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button