“Yuventus”dan ayrılan futbolçu Premyer Liqanı arzulayır
“Yuventus”dan ayrılan Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını harada davam etdirmək istədiyinə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu özünü İngiltərə Premyer Liqasında sınamaq istəyir. Belə ki, o, “Mançester Yunayted”ə keçməyi düşünür.
Rabyo 2019-cu ildən “Yuventus”un rənglərini qoruyurdu. O, bu komanda ilə A Seriyasının çempionu və ölkə kubokunun qalibi olub.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının son mövsümündə uğursuz çıxış edib. “Qırmızı şeytanlar” ötən mövsüm turnir cədvəlini 8-ci pillədə başa vurublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin