“Mançester Yunayted” 62 milyon avroya müdafiəçi alır

“Lill”in müdafiəçisi Leni Yoro “Mançester Yunayted”də tibbi müayinədən keçməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “qırmızı şeytanlar”la şəxsi müqavilənin şərtlərini razılaşdırmağa və bu kluba keçməyə yaxındır.

“Real”ın Yoro ilə müqaviləni razılaşdırdığı, lakin “Lill”lə transfer məbləği ilə bağlı razılığa gələ bilmədiyi barədə məlumat yayılmışdı. “Mançester Yunayted” gənc futbolçu üçün fransızlara 62 milyon avro təklif edib və bu, klubu tam qane edib.

Yoro ötən mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 3 qol vurub. 18 yaşlı futbolçunun klubuyla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button