Varan A Seriyası klubu ilə danışıq aparmaq üçün İtaliyaya gedib
Fransalı müdafiəçi Rafael Varan “Komo” ilə şəxsi müqaviləni müzakirə etmək üçün İtaliyaya gedib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi 2023/24 mövsümünün sonunda “Mançester Yunayted”dən ayrılıb. O, hazırda azad agentdir.
“Komo” yeni mövsümdən İtaliya A Seriyasında mübarizə aparacaq.
Varan 2021-2024-cü illərdə “qırmızı şeytanlar”ın şərəfini qoruyub. Bundan əvvəl o, 10 il “Real”da oynayıb və 4 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatında qızıl medal qazanıb.
Daha əvvəl fransalı futbolçu ilə “İnter Mayami”, “Atletiko”, “Sevilya” və “Real Sosyedad”ın müqavilə imzalamaq istədiyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin