Fransalı futbolçu Çempionlar Liqasının tarixinə düşüb

Belçikanın “Antverpen” klubunun hücumçusu Corc İleniçena Çempionlar Liqasında qol vuran ən gənc fransalı futbolçu olub.

Komanda.az xəbər verir ki, gənc hücumçu “Barselona” ilə oyunda (3:2), görüşün 90+2-ci dəqiqəsində fərqlənərək, komandasına qələbə qazandırıb. Futbolçu bunu 17 yaş 119 gün olarkən edib.

Bundan əvvəl Çempionlar Liqasında qol vuran ən gənc fransalı futbolçu “Əl-İttihad”ın forvardı Kərim Benzema idi. O, 2005-ci ilin dekabrında, 17 yaş 352 gün olarkən bunu etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button