İllik 16 milyon avro qazandığı “Barselona”dan getmək istəmir – Fransalı futbolçu

“Barselona”nın müdafiəçisi Kleman Lanqle hazırkı müqaviləsinə əsasən ildə 16 milyon avro qazandığı üçün komandanı daimi olaraq tərk etməyə tələsmir.

Komanda.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Lanqle son iki mövsümdə İngiltərə Premyer Liqası klublarından əvvəlcə “Tottenhem”də, sonra isə “Aston Villa”da icarə əsasında çıxış edib. Bu klubların heç biri onu daimi olaraq almaq istəməyib.

Fransalı müdafiəçi daha əvvəl Səudiyyə Ərəbistanından bir klubdan təklif alsa da, başqa qitəyə köçmək istəmir. Belə ki, 28 yaşlı futbolçu Avropada qalmağa üstünlük verir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button