Fransada qalmaqal: Baş məşqçini qana boyadılar, oyun təxirə salındı
Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, son çempion PSJ səfərdə “Brest”lə qarşılaşıb və çətin qələbəyə sevinib.
“Lill” ilə qarşılaşan “Monako” isə səfərdən xalsız qayıdıb.
“Monpelye” də “Tuluza” ilə ev oyununda darmadağına sevinib.
Bu gün Lion və Marsel “Olimpik”ləri arasında keçiriməli olan oyun isə təxirə salınıb. Buna marselli azarkeşlərin oyundan öncə rəqib komandanın avtobusunu daşqalaq etməsi səbəb olub. Hadisə nəticəsində Lion təmsilçisinin baş məşqçisi Fabio Qrosso ciddi xəsarətlər alıb.
Fransa, Liqa 1
10-cu tur
27 oktyabr
Klermon – Nitsa 0:1
Qol: Budaui, 74.
28 oktyabr
Reyms – Loryan 1:0
Qol: Esbrand, 84.
Lans – Nant 4:0
Qollar: Sotoka, 27-pen; 71-pen. Medina, 58. Aynaui, 89.
29 oktyabr
Brest – PSJ 2:3
Qollar: Munye, 43. Le Duaron, 52 – Zair-Emeri, 16. Mbappe, 28; 89.
Lill – Monako 2:0
Qollar: Kavaleyro, 32. Diakite, 42.
Mets – Havr 0:0
Monpelye – Tuluza 3:0
Qollar: Adams, 13; 63. Fayad, 63.
Renn – Strasburq 1:1
Qollar: Truffer, 23 – Motiba, 81.
Olimpik (Marsel) – Olimpik (Lion) matçı təxirə salınıb
Bizi Facebook-da izləyin