Fransada klubunu dəyişdi

Futbol üzrə Əlcəzair yığmasının müdafiəçisi Akim Zedadka Fransada klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 27 yaşlı sağ cinah oyunçusu bundan sonra “Oser”in uğurları üçün çalışacaq.

Müqavilə ilə “Lill”ə məxsus olan futbolçu Liqa 1-in digər təmsilçisinə icarə əsasında keçib. O, bu mövsümün sonuna kimi “Oser”də çıxış edəcək. Zedadkanın “Lill” ilə müqaviləsi isə 2025-ci ilin yayına qədərdir.

Akim 2022-ci ilin iyul ayında “Klermon”dan “Lill”ə transfer olunub. O, bu komandanın heyətində 8 oyun keçirib və 1 qol da vurub. Müdafiəçi karyerası ərzində “Lans”, “İstr” və “Marinan Jinyak” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button