Fransada ilin ən yaxşı futbolçusu bəlli oldu
Fransada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada ölkənin milli komandasının və PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb.
“France Football” nəşrinin keçirdiyi sorğuda ən yaxşı seçilən 20 yaşlı forvard ardıcıl ikinci ildi bu uğura imza atır. Belə ki, 2018-ci ildə də Fransanın ən yaxşı futbolçusu məhz Mbappe olmuşdu.
“Monako”nun yetirməsi olan Mbappe 2017-ci ildən PSJ-də forma geyinir. Cari mövsümdə bütün turnirlə çərçivəsində 19 oyuna çıxan futbolçu 18 qola imza atıb. Onun hesabında 2 məhsuldar ötürmə də var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin