“Mbappe ilk dəfə Fransanı tərk etdi, rahatlıq zonasından çıxdı”

“Real”ın sabiq futbolçusu Xorxe Valdano hücumçu Kilian Mbappe haqda danışıb.

Komanda.az “Suddeutsche Zeitung”-a istinadən xəbər verir ki, o, Mbappenin uyğunlaşma mərhələsində olduğunu deyib:

“Bu, uyğunlaşma məsələsidir. Mbappe ilk dəfə Fransanı tərk etdi, o, narahatlığa səbəb ola biləcək rahatlıq zonasından çıxdı. Narahatlıq istənilən futbolçunun əsas düşmənidir. Fransada futbol İspaniyadakı qədər mədəni əhəmiyyət kəsb etmir, ona görə də, oyunçuların tələbi fərqlidir”.

26 yaşlı Mbappe cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 23 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button