“Fransada bir daha belə bir şey görməyəcəyik” – PSJ-nin keçmiş baş məşqçisi

PSJ-nin keçmiş baş məşqçisi Kristof Qalte Lionel Messi, Neymar və Kilian Mbappe ilə birgə işlədiyi vaxtdan danışıb. Hər üç futbolçu Paris klubunda eyni vaxtda çıxış edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis onların həm oyun, həm də maliyyə nöqteyi-nəzərindən çox uğurlu olduqlarını bildirib:

“Meydanda oynamaq baxımından məndə bir təşviş var idi. Hər üçü əla tərəfdaş olmalı və birlikdə oynamalı idi. Mənə elə gəlir ki, biz Fransada bir daha belə bir şey görməyəcəyik. Onlar həm oyun, həm də maliyyə nöqteyi-nəzərindən çox uğurlu idilər”.

Qalte 2022-23-cü illərdə PSJ-yə rəhbərlik edib. Hazırda bu üç futbolçundan yalnız Mbappe komandadadır. Neymar “Əl-Hilal”da, Messi isə “İnter Mayami”də oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button