
Fransada 1 qızıl, 2 bürünc medal
Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi keçirilib.
Komanda.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb.
İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutub.
Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.
4-cü mərhələ 9-10 sentyabrda Rumıniyanın Konstanta şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin