
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Didye Deşam D qrupunda noyabrın 13-də evdə Ukrayna, 16-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);
Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya);
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Nqolo Kante (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Uorren Zair-Emeri (PSJ);
Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ), Rayan Şerki (“Mançester Siti”, İngiltərə), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Randal Kolo Muani (“Tottenhem”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya).
Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin



