“Fransa üzərində qələbədən sonra özümüzə inamımız artdı”
İtaliya yığmasının hücumçusu Moyze Kin UEFA Millətlər Liqasında İsrail üzərində qələbəni (2:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı futbolçu səfər matçının həmişə çətin olduğunu bildirib:
“Qələbə çox vacib idi. Belə böyük komandada özümü əla hiss edirəm. Qələbə növbəti oyunlara inamımızı daha da artıracaq.
Səfər matçı həmişə çətin olur. Yaxşı oynamaq və rəqibə təzyiq göstərmək vacibdir. Fransa üzərində qələbədən sonra özümüzə inamımız artdı”.
A Liqasının 2-ci qrupunda çıxış edən İsrail millisi bir xal da qazanmayıb və sonuncu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin