Fransa prezidenti “Real”ın rəhbəri ilə görüşəcək

“Real”ın prezidenti Florentino Peres bu səhər Parisə uçub.

Komanda.az AS-a istinadən xəbər verir ki, onun səfərinin məqsədi FİFA-nın yaradılmasının 120 illiyinə həsr olunmuş tədbirdir. Axşam saatlarında Peres Madridə qayıdacaq.

Fransa prezidenti Emmanuel Makron Florentino Pereslə görüşə vaxt tapmağı planlaşdırır. Fransa lideri “Real”ın prezidenti ilə Paris klubunun futbolçusu Kilian Mbappenin Olimpiadada iştirakının mümkünlüyünü müzakirə etmək istəyir. 

Mbappe bu yaxınlarda mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. “Real”ın fransalı futbolçunun transferini iyunda elan edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button