
Federasiya prezidentindən Zidanla bağlı açıqlama
Fransa Futbol İttifaqı millinin “sükanı arxasında” olan Didye Deşamı vəzifəsində saxlamaq niyyətindədir.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, bu haqda qurumun prezidenti Noel Le Qrey açıqlama verib.
O, bildirib ki, yığma komanda DÇ-2022-də yarımfinala vəsiqə qazansa, 54 yaşlı mütəxəssislə müqavilə uzadılacaq. Le Qrey Zinəddin Zidanın Deşamı əvəzləyəcəyi ilə bağlı söz-söhbətə də aydınlıq gətirib:
“İndiyədək Zidan variantını nəzərdən keçirməmişəm. Nə mən, nə də ətrafımdan kimsə ona zəng vurub”.
Fransa millisi DÇ-2022-nin 1/4 finalında İngiltərə yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin