
Fransa nəhəngi italiyalı futbolçu ilə gücləndi
PSJ 18 yaşlı yarımmüdafiəçi Şer Nduru transfer edib.
Komanda.az xəbər verir ki, italiyalı oyunçu ilə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ndur PSJ-yə azad agent kimi keçib. O, yeni komandasında 27 nömrəli forma geyinəcək.
Ndur İtaliyanın U-20 yığmasının oyunçusudur. O, ötən mövsüm “Benfika”nın ikinci komandasında 57 matça çıxıb, 5 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin