Türamın oğlu Liqa 1 klubunda

Fransa millisinin və “Barselona”nın keçmiş futbolçusu Lilian Türamın oğlu Kefren Türamın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 18 yaşlı futbolçu “Nitsa” klubuna transfer olunub. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bu, Kefrenin futbolçu karyerasında ilk peşəkar müqaviləsi olub.

Kefren bundan əvvəl “Monako”nun B komandasında çıxış edirdi. Yarımmüdafiəçi “Nitsa”ya azad agent kimi keçib. O, 18 yaşadək futbolçulardan ibarət Fransa millisinin də formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button