
“Liverpul” fransalı hücumçunun keçidini həll edib
Fransa millisinin və Frankfurt “Ayntraxt”ının hücumçusu Huqo Ekitike karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Liverpul”a transfer olunub. Tərəflər artıq razılığa gəliblər.
“Liverpul” Ekitike üçün 69 milyon funt sterlinq (təxminən 80 milyon avro) ödəyəcək. Müqavilədə nəzərdə tutulan bonuslar sayəsində bu məbləğ əlavə 10 milyon funt sterlinqə (11,5 milyon avro) qədər arta bilər.
23 yaşlı futbolçu Mersisayd klubu ilə 6 illik müqavilə imzalayacaq. Tibbi müayinədən sonra o, yeni komandasına Honq-Konqda qoşulacaq. “Liverpul” artıq yeni mövsümün hazırlıqlarına start verib.
Arne Slotun başçılıq etdiyi komanda ilk rəsmi oyununu avqustun 10-da, “Kristal Pelas”a qarşı İngiltərə superkubokunda keçirəcək.
Bizi Facebook-da izləyin



