PSJ-nin keçmiş futbolçusu Fransaya qayıtdı

Fransa millisinin və PSJ-nin sabiq üzvü Yoan Kabayın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Sent-Etyen” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kabay yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

“Lill”in yetirməsi olan Kabay, karyerası ərzində “Nyukasl”, PSJ, “Kristal Pelas” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 48 dəfə formasını geyindiyi Fransa millisində 4 qol vurub.

Kabay “Sent-Etyen”ə azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button