Fransa millisinin sabiq üzvü vəfat edib
“Valansyen”in və Fransa millisinin sabiq futbolçusu Bernar Kyarelli vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, evində, ürəktutmasından, 91 yaşında ölüb.
Kyarelli 1958-ci ildə Fransa millisi ilə dünya çempionatının bürünc medalını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin